15 İyul 2014 12:25
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada qatarın relsdən çıxması nəticəsində 2 nəfər həlak olub. Bu dəqiqələrdə verilən məlumata görə, daha 50 nəfərin yaralandığı bildirilir.

Fəlakətlər zamanı tibbi yardım mərkəzinin qərargahından verilən məlumata görə, ölənlərin sayının artacağı istisna edilmir. Belə ki, yaralıların bəzilərinin vəziyyəti ağırdır.

11.19

Rusiyanın paytaxtı Moskvada metro qatarı relsdən çıxaraq aşıb.

Hadisə qatarın “Qalibiyyət parkı” – “Slavyan bulvarı” istiqamətində getdiyi zaman baş verib.

Yerli FHN-nin məlumatına görə, 3 nəfər ağır bədən xəsarəti alıb. Mətbuat isə yaralananların 30 nəfər olduğunu iddia edir.

Sərnişinlər əsasən vaqonların şüşələrinin qırılması nəticəsində zədələr alıb”, -deyə, paytaxtın hüquq-mühafizə orqanları xəbər verir.

“Xilasedicilər və yanğınsöndürənlər sərnişinləri hadisə yerindən evakuasiya etməyə çalışırlar”, - deyə, FHN bildirir.

İlkin ehtimallara görə, hadisə gərginliyin kəskin ani dəyişikliyi nəticəsində baş verib. “Mosqortrans” şirkəti “Kiyev” və “Gənclik” stansiyaları arasında yerləşən əraziyə artıq xüsusi avtobuslar göndərib.

Ülviyyə


Müəllif: