17 İyul 2014 12:45
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin girov götürdüyü Dilqəm Əsgərovun Kəlbəcərə ilk səfəri ilə bağlı fotolar yayımlanıb.

Teleqraf.com xəbər verir ki, bu fotonu Feysbuk profilində astroloq Səbuhi Rəhimli yerləşdirilib.

Dilqəm Əsgərovun İlk Kəlbəcər səfəri (1998) Və ya onu günahlandıran sərsəmlərə cavab

Səbuhi Rəhimli Dilqəm Əhmədovun öz anasının qəbrini ziyarət üçün Kəlbəcərə getdiyini vurğulayıb:

“Cəmi 5 il dözmüşdü həsrətə. 1998-ci ildə dura bilmədi, ayaq basdı Kəlbəcərə, kəndi Şapları qarış-qarış gəzdi, hönkürdü, sevindi, otların üstünə uzanıb yatdı. Dağılmış, quruca daşı qalan evlərinin divarlarını qucaqladı. Ölülərinin qəbrini ziyarət etdi.

Dilqəm Əsgərovun "günahı" bu idi ki, işğaldan 5 il sonra yurduna getmişdi, "günahı" bu idi ki, anasının qəbrini bax beləcə ziyarət etmişdi. Görəsən neçə oğul var ki, işğal altda inləyən anasının qəbrini ziyarətə gedir?”


Müəllif: