17 İyul 2014 14:42
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı qaldırdığım iddia ərizəsində Ali Məhkəmə mənim xeyrimə qərar çıxardı”.


Bunu açqlamasında əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bildirib.

O, qeyd edib ki, hazırda Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin verəcəyi sənədi gözləyir: “Əvvəlcə rayon məhkəməsi, sonra Bakı Apellyasiya Məhkəməsi mənim xeyrimə qərar çıxarmışdı. Məhkəmə işlə bağlı mənə iki ay müddətində qərar verməlidir. O qərara əsasən mənim hüququm bərpa olunacaq. Yəni mən o qanuna əsasən Bakı Şəhər İcra Hakimiyyətindən çıxarılan qərarın icrasını tələb edəcəm. Məhkəmə qərarlarını icra edən idarə var, oradan sənəd alan kimi lazımı addımı atacağam. Hacıbala Abutalıbov vəzifə səlahiyyətindən istifadə edərək mənə əlindən gələn nə pislik vardısa, elədi. Amma qanun qarşısında aciz qaldı. Hacıbala o qanundan kənar qaca bilmədi, bilməyəcəkdə”.


Xatırladaq ki, Şeyx Əbdül Mahmudbəyovun yaşadığı mənzilə “Qış bulvarı”nın tikintisi zamanı ziyan dəyib. Dəymiş zərərin ödənilməsi ilə əlaqədar aktyor Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

/Aznews.az/


Müəllif: