2 İyun 2017 11:39
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadınların əmək haqlarının kişilərə nisbətən aşağı olması məsələsi var. Tibb sahəsində çalışanların 86 faizi, təhsil sahəsində çalışanların isə 73 faizi qadınlardır.

Teleqraf.com xəbərinə görə, bunu Azərbaycanın Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.

O bildirib ki, qadınlar daha çox dövlət sektorunu seçirlər:

“Maaşın azlığı da buna görədir. Çünki özəl sektorda maaş daha çoxdur. Yəni, onlara qadın olduğuna görə az maaş verilmir”.


Müəllif: Teleqraf.com