17 İyul 2014 16:14
2 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada döyüşən azərbaycanlıların sözçüsü kimi tanınan yazar Furkan Azərinin Suriyada öldürüldüyü xəbəri yayılıb.


Türkiyədəki mənbələrdən verilən xəbərə görə, F. Azəri bu gün səhər Suriyada mühasirəyə düşüb və şiddətli atışmalarda öldürülüb.

F. Azərinin “Twitter” səhifəsindəki son “tviti” də diqqət çəkir.

O, “Bu gün ölüm hər zamankından daha yaxındır sanki” deyə son “tvitində” yazıb.

Mənbə onun bu “tviti” mühasirədə olan zaman yazdığını bildirib.

F. Azəri “facebbok”da son statusunu 10 saat öncə “Uşaqlarınızı dilini tutmağı öyrədin, necə də olsa, danışmağı öyrənəcəklər” deyə yazıb.

Publika.az alternativ mənbələrdən məlumatı dəqiqləşdirə bilməyib.
Qeyd edək ki, Furkan Azəri əslən azərbaycanlıdır. Uşaq vaxtı Türkiyəyə köçüb. O, Türkiyədə jurnalist kimi çalışırdı.

/publika.az/


Müəllif: