2 İyun 2017 15:07
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin ləğv olunacağı barədə yayılan məlumatalar yalnış informasiyadır.

Bunu Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bu barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Murtuzəli Hacıyevin sözlərinə görə, dünyanın bütün ölkələrində Kənd Təsərrüfatı Nazirliyi mövcuddur:

“Bu, iqtisadiyyatın prioritet sahəsidir. Yediyimiz qidanın təhlükəsizliyini, istehsalını bizim nazirlik həyata keçirir. Ölkədə aqrar siyasəti formalaşdıran bir qurumuq. Yazılan xəbərlər, həqiqətə uyğun deyil”.

Millət vəkili Vahid Əhmədov isə deyir ki, struktur islahatı dövlət başçısının səlahiyyətində olan məsələdir:

“Hazırda struktur dəyişikliləri gedir və bunlar davam edəcək. Bəzi nazirliklərin daxilində müəyyən islahatlar olacaq. Təbii ki, bu islahatlara ehtiyac var. Amma Kənd Təsərrüfatı Nazirliyinin ləğvinə inanmıram. Çünki işlək əhalinin təxminən 38 faizi kənd təsərrüfatı ilə məşğuldur. Prezident də bu sahəyə diqqəti artırıb. Ötən il bu sahənin ixracı kəskin artıb”.


Müəllif: İlhamə Əbülfət