2 İyun 2017 15:19
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd cəhdində ittiham olunan Çeçenistan əsilli Adam Osmayev və həyat yoldaşı Əminə Akuyeva Kiyevdə güllələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat katibi Artyom Şevçenko məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı "Makarov" markalı silahdan Adam və həyat yoldaşına atəş açılıb. Faktla bağlı araşdırmalara başlanıb.

Xəstəxanaya çatdırılan Adam və Əminənin vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, 3 nəfərdən ibarət cinayətkar qrup 2012-ci ilin fevralında Putinə qarşı sui-qəsd hazırlayırmış. Bununla bağlı qrupun üzvlərindən olan Qazaxıstan vətəndaşı İlya Pyanzin Ukrayna Təhlükəsizlik Xidmətində dindirilmə zamanı danışıb.


Müəllif: Samir