2 İyun 2017 15:12
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) yeni rektoru Kamal Abdulla ali məktəbin kollektivinə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.

Mikayıl Cabbarov Kamal Abdullanın 14 il Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışdığını xatırladıb və bu təcrübənin ADU-ya faydalı olacağını deyib.

Qeyd edək ki, iyunun 1-də Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu təyinata qədər Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışıb.


Müəllif: İlhamə Əbülfət