2 İyun 2017 15:55
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva hökuməti NATO-nun Baltikyanı ölkələr və Polşada hərbi təlimlər keçirməsindən narahatlıq keçirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.

Onun sözlərinə görə, bu təlimlər onsuz da parlaq olmayan NATO-Rusiya münasibətlərinə mənfi təsir göstərə bilər.

Qruşko əlavə edib ki, Rusiya NATO-nun bu addımlarını cavabsız qoymayacaq.


Müəllif: Samir