3 İyun 2017 12:35

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında (PA) yeni şöbə yaradılıb.

“Report” xəbər verir ki, bu, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsidir.

Hələlik şöbə müdiri vəzifəsinə təyinat olmayıb.

Bununla da PA-da şöbələrin sayı 16-a çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl PA-da iki yeni şöbə yaradılmışdı. Bunlar Gənclər siyasəti və idman məsələləri şöbəsi və Millətlərarası münasibətlər və multikulturalizm və Dini məsələlər şöbəsidir.


Müəllif: Teleqraf.com
Загрузка...