17 İyul 2014 17:26
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullah Gülənə məxsus ABŞ-dakı məktəblərdə yoxlamalara başlanılıb.

Alınan məlumata görə Fətullah Gülənin lideri olduğu Gülən camaatına məxsus olan ABŞ-dakı 19 məktəbdə artıq araşdırma aparılır.

Gülən məktəblərində keçmişdə müəllim işləyən şəxslər təhsil qurumunda ifadə veriblər.

Onlar Gülən məktəblərində irqçilin təbliğ edildiyini, imtahanlar zamanı hiylə işlədildiyini bildiriblər.

Gülən məktəblərində müəllimlərin dərsdən yayınmaları, testlərin işlənməsi zamanı saxtakarlığa yol verdikləri də bildirilir.

Bunun nəticəsində ölkədəki Təhsil Qurumları Gülən məktəblərində yoxlamalara başlayıblar.

/ans press/


Müəllif: