5 İyun 2017 09:27
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.06.04 Saat 11:17

Azərbaycanın Energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.

Nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın kardio-reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir. (Lent.az)

***

2017.06.04 Saat 15:20

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş Energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, N.Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

Hazırda N.Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq. (APA)

***

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.

Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) APA-ya verilən məlumata görə, N. Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.

Qeyd edək ki, N. Əliyevin ürəyində problemlər yaranıb və o, Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.


Müəllif: Teleqraf.com