5 İyun 2017 09:53
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Londonda törədilən terakta görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Qeyd edək ki, iyunun 4-ü gecə saatlarında Londonun Bric körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 9 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb. Onlardan dördü qadındır.


Müəllif: Samir