5 İyun 2017 11:17
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Trend-ə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, sabitlik, təhlükəsizlik və davamlı inkişaf Cənubi Qafqaz regionuna daha çox lazımdır:

"Üçtərəfli əməkdaşlıq eyni regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ortaya qoyduğu ərazi iddiaları, geosiyasi iddialar bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bəzi ölkələrə qarşı sanksiyalar tətbiq olunur, amma nə üçünsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur".

Prezidentin köməkçisi əlavə edib ki, dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir:

"Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür”.


Müəllif: Teleqraf.com