5 İyun 2017 11:32
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barələrində araşdırma aparılan və fərari vəziyyətində olan aralarında Fətullahçı terror təşkilatının lideri Fətullah Gülən, HDP millət vəkilləri Faysal Sarıyıldız və Tuğba Xəzər, sabiq deputat Özdal Uçərin də olduğu 130 şəxs 3 ay müddətində Türkiyəyə qayıtmasa, vətəndaşlıqdan çıxarılacaq.

Teleqraf.com verir ki, bununla bağlı Türkiyənin “Rəsmi qəzeti” məlumat yayıb.

Hazırlanan siyahıda FETÖ, PKK və İŞİD terror təşkilatının üzvləri də var.


Müəllif: Samir