5 İyun 2017 12:24
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta məktəblərdə tütünün ziyanı ilə bağlı xüsusi dərslər keçirilməlidir. Bu dərslər məcburi olmalıdır. Çünki hər şey məktəbdən başlayır və uşaqlar da tütündən istifadəyə məhz məktəb yaşlarında başlayır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu gün Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Q.Həsənquliyev orta məktəblərdə şagirdlərin bəzən siqarət çəkməyə təşviq edilməsindən narahatlığını dilə gətirib:

“Bəzi qruplar var ki, onlar orta məktəb şagirdlərinə siqaret paylayırlar. Onlar da bir-iki dəfə çəkdikdən sonra siqaret aludəçisinə çevrilirlər. Bu, çox ciddi və narahatlıq doğuran bir məsələdir. Bunun qarşısının alınması ilı bağlı kəskin addımların atılması vacibdir”.


Müəllif: Cavad