5 İyun 2017 13:13
389

Ərəb ölkələrindən 6 aviaşirkət Qətərə uçuşları dayandırdığını elan edib.

Trend-in məlumatına görə, BƏƏ-nin “Emirates”, “Etihad Airways” və “Flydubai”, Səudiyyə Ərəbistanının “Saudia”, Bəhreynin “Gulf Air” və Misirin “Egypt Air” şirkətləri bu qərarı qəbul edib.

Hazırda ölkə xaricindən Qətərə “Qatar Airways”, “British Airways”, “Lufthansa”, “Turkish Airlines” və “Pegasus” aviaşirkətləri ilə getmək mümkündür.

Eyni zamanda məlum olub ki, “Qatar Airways” şirkəti Səudiyyə Ərəbistanına uçuşları dayandırmaq niyyətindədir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.


Müəllif: Teleqraf.com
Загрузка...