5 İyun 2017 15:48
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Fars Körfəzi ölkələri ilə yaxşı münasibətlərdə maraqlıdır, ancaq regionun daxili işlərinə qarışmayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib:

"Biz digər ölkələrin daxili işlərinə qarışmaq fikrində deyilik. Biz yaxşı münasibətlərin saxlanılmasında maraqlıyıq".

Rusiya Xarici İşlər naziri Sergey lavrov da bunun Qətərin və digər Ərəb ölkələrinin daxili işləri olduğunu deyib:

"Biz bu məsələyə qarışmaq niyyətində deyilik, ancaq bütün olanları yaxından izləyirik".

Qeyd edək ki, ötən gecə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir, Yəmən və Liviya Qətərlə diplomatik əlaqələri kəsməklə bağlı qərar qəbul ediblər.

Buna səbəb kimi, iki həftə öncə Qətər əmri Tamim ibn Hamad əl Tanın İranı "regiondakı sabitliyin qarantı" kimi təqdim etməsi olub. Ərəb ölkələri Qətəri terrorçuluğa dəstək verməkdə, digər ölkərlədə sabitliyi pozmaqda və onların daxili işlərinə qarışmaqda ittiham ediblər.


Müəllif: Samir