9 İyun 2017 10:57
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərin Qətərə göndərilməsi, eləcə də iki ölkə arasında hərbi təlimlərdə əməkdaşlıqla bağlı qanununu ratifikasiya edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Röyter” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.

İyunun 7-də Türkiyə parlamenti Qətərdə hərbi baza yaradılması ilə bağlı qərar qəbul edib.


Müəllif: Samir İsayev