10 İyun 2017 01:26
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mançesterdə sahibsiz çanta səbəbindən hava limanının terminalı təxliyə edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə hava limanının rəsmi nümayəndəsi bildirib.

O, bildirib ki: "Sahibsiz çanta aşkar edilməsi səbəbindən ikinci terminalda yoxlanılan təxliyə aparılır. Bu standart prosedurdur".

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com