18 İyul 2014 12:59
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İslam dünyası müsəlman ölkələrində baş verən hadisələrdən utanır, çünki məhz bu ölkələrdə müsəlmanlar bir-birilərini öldürürlər".

Bunu Türkiyə Prezidenti Abdullah Gül bəyan edib.

Bu barədə "Haber7" telekanalı xəbər yayıb.

Dövlət başçısı müsəlman ölkələrinin öz ərazilərində mövcud olan münaqişələri həll etmək üçün addım atmadıqlarına görə təəssüfünü ifadə edib.

Gülün sözlərinə görə, hazırda müsəlman dövlətlərində baş verənlər əslində həqiqi islamdan çox uzaqdır: "Müsəlman ölkələri öz səhvlərini dərk etməli və onları düzəltməlidirlər".

Prezident onu da bildirib ki, İslam sülh dinidir və terrorla heç bir əlaqəsi yoxdur.

/trend/


Müəllif: