18 İyul 2014 14:04
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Divanının üzvü, politoloq Hikmət Hacızadənin xalq şairi Səməd Vurğunla bağlı fikirlərinə sərt cavab verilib.

S. Vurğunun şəcərəsindən olan, şairin ad və soyadını daşıyan hüquqşünas Səməd Vəkilov H. Hacızadəni səviyyəsiz adlandırıb.

“Siyasətdə uğur qazana bilməyən Hikmət Hacızadə indi də başlayıb ədəbiyyatı təftiş etməyə. Bu adam dahi Azərbaycan şairi Səməd Vurğun haqqında xoşagəlməz ifadələr işlətməklə özünün mövcudluğunu sübut etmək istəyir. Hikmət Hacızadə, sən çox axmaq və səviyyəsiz adamsan”,- deyə S. Vəkilov müsavatçı politoloqa sərt cavab verib.

Qeyd edək ki, H. Hacızadə 1937.az saytına müsahibəsində Səməd Vurğunun səviyyəsiz şair olduğunu deyib.

/publika.az/


Müəllif: