18 İyun 2017 23:20
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk akademik, Nobel mükafatı laureatı və kimyaçı-alim Əziz Sancar rəsmi görüşlərin birində geyindiyi qalstuku ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, onun qalstukunda Qobustan qayaüstü rəsmlər təsvir olunub. Əziz Sancar həmçinin yaxasındakı Azərbaycan bayrağı ilə də müzakirə obyektinə çevrilib.

Qeyd edək ki, üzərində Qobustan qayaüstü təsvirləri olan bu qalstukların müəllifi İtaliyanın “Andrews ties” şirkəti ilə əməkdaşlıq edən Yavər Məmmədovdur.


Müəllif: Könül Əlibəyli