18 İyul 2014 15:17
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Ukraynaya 100 milyon dollarlıq kredit ayırıb.


Alınan məlumata görə, sözü gedən kredit Ukraynanın apardığı siyasəti və siyasi islahatları dəstəkləmək üçün istifadə ediləcək. Eyni zamanda kreditin yaxşı idarəetmənin qurulmasına, dövlət sektorunda şəffaflığın və hesabatlılığın bərpa edilməsinə də kömək olacağı bildirilir. Bu kreditlə həyata keçiriləcək layihələr sırasında Ukraynanın hazırki şəraitinin sadələşdirilməsi və biznes xərclərinin azaldılması da nəzərdə tutulub.

Xatırladaq ki, Ukraynanın Rusiya ilə yaşadığı siyasi gərginlik onun daxili idarəetmə sistemindən tutmuş, iqtisadi və sosial vəziyyətinə hələ də ağır təsir göstərməkdədir.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər