18 İyul 2014 18:11

İyulun 17-i səhər saatlarında Bakıdan Kiyevə uçan sərnişin təyyarəsinin Rusiya ərazisində - Mineralnıe Vodı şəhərində məcburi eniş etdiyi barədə məlumat vermişdik.

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli modern.az saytına bildirib ki, Minvodı şəhərində məcburi eniş edən təyarə artıq Bakıya qayıdıb:

“Artıq təyyarə sərnişinlərlə birgə Kiyevdən Bakıya qayıdıb, heç bir narahatlıq yoxdu. Təyyarənin məcburi eniş etməsinə səbəb texniki nasazlıq olub”.


Müəllif:
Загрузка...