18 İyul 2014 18:21
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda fərdi yaşayış evi yanaraq külə dönüb.

Alınan məlumata görə, hadisə bu gün saat 17:30 radələrində Göyçayın Qarabaqqal kəndində baş verib.

Kənd sakini, 1935-ci il təvəllüdlü Ömərova Mərcan Hidayət qızına məxsus ümumi sahəsi 160 kv.m olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ailə üzvləri evdə olmadıqları üçün yanğından gec xəbər tutublar, ona görə də yanğından mühafizə hissəsinə vaxtında məlumat verilməyib.

Yanğınsöndürənlər hadisə yerinə çatdıqda, artıq alov evin hər tərəfini bürüyüb. Hadisə zamanı 4 otaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb. Yanğının elektrik naqilindəki qısaqapanma səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

/apa/


Müəllif: