18 İyul 2014 18:56
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com bildirir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi”nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilsin:

Abdullayev Kamal Mehdi oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Həsənli Sabir Hüseyn oğlu
Nemətov Azərpaşa Zəfər oğlu
Qafarova Sahibə Əli qızı
Qurbanlı Mübariz Qəhrəman oğlu".


Müəllif: