19 İyul 2014 10:44
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı hərbi ekspertlər dünən sensasiyalı fotolar yayıblar.

Daily Mail-ə istinadən bildirilir ki, fotolarda Ukraynanın Donetsk vilayətindəki Torez qəsəbəsinin küçələri ilə hərəkət edən "Buk M1" zenit-raket kompleksi (ZRK) aydın görünür.

"Buk" ZRK-sının təchiz olunduğu 9M317 raketləri 30 metrdən 14 kilometrədək yüksəklikdə olan hədəfləri asanlıqla vurur.

Britaniya hərbçiləri isə bildirirlər ki, Ukraynadakı separatçılar "Buk" zenit-raket kompleksinin tərkib hissəsi olan 9S18 M1 "Kupol" radiolokasiya stansiyasına da malikdir.

AsiaOne-nın yaydığı məlumata görə, Malayziyanın "Boeing 777" təyyarəsi "Buk-MB" 9K37MB zenit-raket kompleksi ilə vurulub.

Ukraynanın baş prokuroru Vitali Yaremanın dediyinə görə, separatçılar Ukrayna Silahlı Qüvvələrinin Donetskdəki Hava Hücumundan Müdafiə qoşunlarının texnikasını ələ keçirməyiblər.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko isə bəyan edib ki, təyyarənin vurulduğu "Buk" ZRK-sını separatçılara Rusiya verib.

"İyulun 14-də separatçılarda "Buk"un olması barədə xəbər aldıq. Amma bu xəbərin təsdiqi yoxdu. İyulun 17-də, təyyarə vurulan gündə Rusiya separatçılara "Buk MB" veriblər. Rusiyalı heyətin də olduğu həmin "Buk" Suxodolskdan Torez qəsəbəsinə ötürülmüşdü", - V.Nalivayçenko bildirib

.
Xatırladaq ki, iyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu ilə MH17 reysli "Boeing 777" sərnişin təyyarəsi Ukraynanın şərqində, Donetsk vilayətindəki Qrabovo kəndinin yaxınlığında vurulub.

Faciədə 283 sərnişin və 15 heyət üzvü vardı. Sərnişinlərin 189 nəfəri Hollandiya, 4 nəfəri Belçika, 44 nəfəri Malayziya, 27 nəfəri Avstraliya, 20 nəfəri ABŞ, 9 nəfəri Britaniya, 12 nəfəri İndoneziya, 4 nəfəri Almaniya, 3 nəfəri Filippin, 1 nəfəri Kanada, 1 nəfəri isə Yeni Zelandiya vətəndaşı idi.

/milli.az/



Müəllif: