Teleqraf.com xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru uğrunda mübarizəsi və şansları dəyərləndirərkən deyib.
“Azərbaycanın və onun nümayəndəsi kimi özümün bu gün qlobal səviyyədə rastlaşdığımız və YUNESKO-nun səlahiyyəti sferasına aid ən kəskin problemlər və çağırışların həllinə fəal töhfə vermək bacarığımı yüksək qiymətləndirirəm”- deyə Bülbüoğlu vurğulayıb.
Səfir qeyd edib ki, 18 il boyunca Azərbaycanın Mədəniyyət Nazirliyinə başçılıq etdiyi dönəmdə, eləcə də TÜRKSOY-da fəaliyyət əsnasında böhran meneceri kimi, həmçinin münaqişə vəziyyətlərində humanitar təşəbbüslərin təşəbbüskarı və onları yerinə yetirən şəxs kimi qiymətli təcrübə qazanıb: “Eyni zamanda 2002-2004-cü illərdə MDB-də rəhbəri olduğum Mədəni Əməkdaşlıq üzrə Şura çərçivəsində beynəlxalq əməkdaşlığa dair uğurlu formatlar tapa bilmişəm”.
P.Bülbüloğlu nazir olduğu dövrdə heç bir mədəniyyət müəssisəsinin itirilməsinə icazə vermədiyini deyib: “Heç bir muzey, teatr, musiqi məktəbi, kitabxana bağlanmamışdı”,
Onun fikrincə, belə təcrübə və bacarıqlar onun özünü YUNESKO üçün faydalı namizəd hesab etməsinə imkan verir.