Teleqraf.com xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi instagram hesabında yazıb.
O, valideynləri ilə birgə olduğu uşaqlıq fotosunu paylaşaraq, hamıya minnətdarlığını bildirib.
Qeyd edək ki, Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində dünyaya gəlib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti və fondun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatı olan AMOR-un sədri, Ətraf mühitin mühafizəsi naminə yaradılan IDEA ictimai birliyinin təsisçisi və sədridir.