5 İyul 2017 11:25
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində etdiyi hücum barədə bəyanat yayıblar.

Teleqraf.com-un məlumatına görə, bəyanatda vurğulanır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş və mülki şəxslər də daxil olmaqla, insan ölümü ilə nəticələnən hadisədən xəbərdardır.

Həmsədrlər tərəfləri təcili şəkildə hərbi əməliyyatları dayandırmağa çağırıb: “Şiddət növbəti zorakılığa yol açır və heç nə vermir. Bu uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və humanitar yol tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”.

Həmsədrlər həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər