Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev Trend-ə bildirib ki, bu, ilk belə hal deyil:
“Bu cür hallar daim baş verir. Onların intensivliyi bəzən azalır, bəzən artır. Amma istənilən halda dinc sakinlər bu hadisələrin qurbanı olur”.
Ekspert qeyd edib ki, Ermənistanın bu cür təxribatlarına beynəlxalq ictimaiyyət yalnız ATƏT-in Minsk Qrupunun ümumi bəyanatları çərçivəsində reaksiya verir: “Beynəlxalq ictimaiyyət ötən ilin aprelində olduğu kimi irimiqyaslı hərbi əməliyyatlar baş verəndə reaksiya verir. Ona görə də, Azərbaycan sakinləri üçün nə qədər acı olsa da, kəskin reaksiya gözləməyə dəyməz”.