5 İyul 2017 20:59
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ermənilər tərəfindən iki yaşlı Zəhranın ölümünü görə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva instaqram səhifəsində Zəhranın şəklini paylaşaraq "Allah rəhmət eləsin” yazıb.

L.Əliyevanın paylaşımı altında qısa müddət ərzində minlərlə izləyici başsağlığı verib.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər