Teleqraf.com xəbər verir ki, Mehriban Əliyeva fikirlərini özünün rəsmi “Twitter” hesabında yazıb:
“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!”
Qeyd edək ki, erməni təxribatı nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.