6 İyul 2017 12:54
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış simaları ermənilərin qurbanı olan balaca Zəhradan yazmağa davam edirlər.

Teleqraf.com xəbər verir ki, 5 qat dünya çempionu Rafael Ağayev və məşhur kikboksçu Zabit Səmədov ermənilərin qətlə yetirdiyi 18 aylıq Zəhra Quliyevanın qanının yerdə qalmayacağı barədə öz instaqram hesablarında yazıblar.

Zabit Səmədov "18 aylıq Zəhranın qanı yerdə qalmasın! Ali Baş Komandanımızın əmri ilə şəxsən döyüşə gedib qisas almağa hazıram!” - deyə bildirib.

Rafael Ağayev də oxşar məzmunlu status yazıb: "Zəhranın qanı yerdə qalmayacaq! Ali Baş Komandan əmr verərsə şəxsən döyüşə getməyə hazıram!”.


Müəllif: Könül Əlibəyli