Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev deyib.
O bildirib ki, atəşə tuş gələn 2 yaşlı körpənin və bir nəfər dinc sakinin öldürülməsi quduzlaşmış ermənilərin vəhşiliyinin növbəti göstəricisidir: "Beynəlxalq təşkilatlar niyə susur? Səbəb nədir? İşğalçını yerində otuzdurmaq məqamı çatmadımı hələ?! İllərdir, öz yurd-yuvalarından didərgin salınan insanların ah nələsini duymurmu bu ikiüzlü təşkilatlar? Bir halda ki, qorxaq Ermənistan danışıqlardan boyun qaçıraraq onun-bunun kölgəsində gizlənir, o zaman biz daha sərt şəkildə mövqeyimizi ifadə etməliyik. Hesab edirəm ki, Azərbaycanın ordusu cinayətkarlarla elə onların anlayacaqları dildə danışmalı, körpə balalarımızın qanını yerdə qoymamalıdır. İnanıram, Ermənistan gec-tez öz cəzasını alacaq".
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.