6 İyul 2017 15:45
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin dinc sakinləri qəsdən hədəfə alması mənfur hərəkətdir.

Teleqraf.com-un məlumatına görə, bunu iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Böyük Britaniya parlamentinin üzvü Lord Kilkluney deyib.

L.Kilkluney qeyd edib: "Mən regionda dəfələrlə səfərdə olmuşam və münaqişənin həll yolunun diplomatik ola biləcəyindən əminəm. Təmas xəttində baş verən istənilən insan tələfatı təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər