Teleqraf.com xəbər verir ki, müğənni Hadisə Zəhranın fotosunu paylaşaraq kədərini ifadə edib:
“Canım yanır... 2 yaşlı bir körpə... Kədərli ana... Bu, insanlığa sığmayan vəhşi hücumdur. Dilindən, dinindən və irqindən asılı olmayaraq bütün terror hücumlarını qınayıram. Buna son qoyun. Azərbaycana səbir diləyirəm”.
Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.