Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, 4 iyul hadisələrindən sonra Ermənistan cəmiyyətində və hökumət dairələrində təəssüf və üzrxahlıq əvəzinə Azərbaycana qarşı nifrət dolu açıqlamalar səsləndirib.
“Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi nifrət ideologiyasının tərkib hissəsidir”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.