7 İyul 2017 17:52
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyə qədər ermənilər adətən, bir addım öndə olurdular, biz isə onların ardınca qaçırdıq. Bu dəfə vəziyyət dəyişdi: ağ fiqurlarla oynayan biz idik; biz bir addım öndəydik, ermənilər bizim ardımızca gəlirdilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında telejurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatla bağlı dünya mediasının sərgilədiyi mövqeyi şərh edərkən deyib.

Onun sözlərinə görə, informasiya müharibəsində Alxanlı döyüşünün nəticələri Azərbaycanın xeyrinə oldu: “İnanıram ki, indiyə qədər toplanmış təcrübə və potensial növbəti dəfələrdə də bizim səsimizi dünyaya daha effektiv çatdırmağımıza imkan verəcək. Biz hadisəyə dərhal reaksiya verdik, faciə yerindən operativ foto və video çəkilişlər təşkil etdik, bunları 8 dildə dayanmadan yayımladıq. Bundan başqa sosial şəbəkələrdə, xüsusilə də siyasi gündəmin daha aktiv müzakirə olunduğu Tvitterdə beynəlxalq qurumların və aparıcı media orqanlarının hesablarını, haştaqlarını faktlar, şəkillər və videolarla bombardman etdik. Bizim xarici dillər komandası tvitterdə çox aktivdir və bu işlərdə ciddi təcrübə toplayıblar. Düzdür, daxili auditoriya üçün də çalışmaq vacibdir, amma belə hallarda əsas güc məhz xarici seqmentin üzərinə düşməlidir, çünki məqsəd özümüz deyib, özümüzün eşitməsi olmamalıdır. Biz zatən bilirik ki, erməni necə alçaqdır, indi dünyanı buna inandırmalıyıq. Nəticədə dünyanın aparıcı, nəhəng media orqanları bu dəfə istər-istəməz hadisəyə azərbaycanlı gözü ilə baxmağa məcbur oldular”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər