Bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Frants Klintseviç deyib.
"Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Danışıqlar prosesinə heç bir alternativ yoxdur. Qarşılıqlı zərbələr heç nəyi həll etməyəcək, əksinə, problemi daha da dərinləşdirəcək. Ən başlıca vəzifə qısa müddətdə atəşkəsə nail olmaqdır", - deyə o qeyd edib.
Senator Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun işini fəallaşdırmağa çağırıb.
/Report/