8 İyul 2017 01:32
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Yerevanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib.

Teleqraf.com-un məlumatına görə, səfirliyin qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər