9 İyul 2017 20:12
3 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə suriyalı miqrant, 9 aylıq hamilə qadın Emani əl-Rahmun və onun 11 aylıq oğlu Halaf əl-Rahmuna qarşı ağlasığmaz cinayət törətmiş Camal Bay və Birol Qaracal çirkin əməlləri barədə ifadə veriblər.

Qeyd edək ki, 20 yaşlı qadın və onun oğlunu qətlə yetirən şəxslərin valideynləri artıq onlardan imtina ediblər. Birol Qaracalın həyat yoldaşı mətbuata açıqlamasında bildirib ki, yoldaşının soyadından imtina edib: "Nə mən, nə də övladım Birolun soyadını daşımayacağıq. O, artıq uşağımın atası deyil. İki gündür yata bilmirəm. Günahsız insanlar gözümün qarşısına gəlir".

Camal Bay ilkin ifadəsində bildirib ki, suriyalı qadının əri Xalidlə Birol arasında bir neçə gün qabaq mübahisə olub:

"Birol məndən Xalidin arvadına təcavüz etməyi xahiş etdi. Mən də qəbul etdim. Qadını və övladını evində, yatdıqları yerdə vurduq. Sonra onları meşəyə apardıq. Birol və mən bayılmış qadına təcavüz etdik. Sonra Birol odunla onun başına vurub öldürdü. Meyitləri meşədə gizlətdik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər