9 İyul 2017 23:14
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xalq Cümhuriyyəti Partiyasının (CHP) sədri Kamal Kılıçdaoroğlunun iyunun 15-də Ankaradan İstanbula başlayan yürüşü başa çatıb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, “Ədalət” şüarı altında keçirilən və 25 gün davam edən yürüş zamanı 450 km yol qət edilib.

Kılıçdaroğlu yürüşdən sonra keçirilən mitinqdə geniş çıxış edib.

O, çıxışı zamanı 10 maddəlik tələblər siyahısını açıqlayıb.

1- 15 iyul qiyam cəhdini açıq şəkildə lənətləyirik. 249 şəhidimizin əziz xatirəsi və 2301 qazimiz üçün FETÖ-nün siyasi dəstəkçiləri ortaya çıxarılmalı və əsl qiyamçılar müəyyən edilməlidir.

2- İqtidar tərəfindən 20 iyulda elan edilən fövqəladə vəziyyətdən sonra - biz buna mədəni qiyam deyirik - istintaq tək əldə cəmləşib. Fövqəladə vəziyyət ləğv edilməlidir.

3- İstintaqı siyasiləşdirmək demokratiyaya xəyanətdir. Kollektiv cinayət kimi insan haqlarına zidd olan siyasətdən imtina edilməlidir.

4- Fövqəladə vəziyyətdən əziyyət çəkən qrupların sosial təminatı həll edilməlidir.

5- FETÖ ilə heç bir əlaqəsi olmayan, amma müxalifətçi olduğu üçün işdən çıxarılanlar işlərinə qaytarılmalı, həbsdəki deputatlar azad edilməlidir.

6- Vəzifələrini yerinə yetirdikləri üçün həbs edilən jurnalistlər sərbəst buraxılmalıdır.

7- Fövqəladə vəziyyətdə, dövlətin bütün imkanları səfərbər edilərək konstitusiyanın dəyişdirilməsi qeyri-legitimdir.

8- Demokartik parlamentli sistem üzərində hər cür nəzarət aradan qaldırılmalı, təhsildə dünyəvilik prinsiplərinin pozulmasına yol verilməməlidir.

9- Qadınlara qarşı ayrı-seçkilik aradan qaldırılmalıdır.

10- Xarici siyasətdəki hücum mövqeyi Türkiyənin daxilindəki problemləri artırıb. Türkiyə ərazisindəki bütün xalqların maraqlarına uyğun xarici siyasət yürütməlidir.


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər