10 İyul 2017 18:58
2 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımovun oğlunun toyda dava zamanı gözündən xəsarət alması ilə bağlı xəbərlər yayılıb. Deyilənə görə, onun oğlu Qadirin gözünü əmisi nəvəsi çıxarıb.

Teleqraf.com xəbər verir ki, xalq artisti Alim Qasımov "Yeniçag.az"a açıqlamasında oğlunun gözündən zədələndiyini desə də, hadisənin qəsdən deyil, təsadüf nəticəsində olduğunu bildirib.

“Əminəvəsi niyə oğlumun gözünü çıxartsın ki… Gözü yalnız Allah çıxara bilər. Oğlumun gözünə tel dəyib. Şükür salamatçılıqdır. Həkimə apardıq, dərman tökdü, indii evdədir. İş olanda olur”.

Yayılan məlumata görə, iyulun 8-də axşam saatlarında Müşfiqabadda yaxın qohumlarının toy axşamına yığışan Qadir Qasımov mübahisə zəmnində yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər