Teleqraf.com xəbər verir ki, bununla bağlı "Əl-Süməriyyə" telekanalı İraqın Neynəva bölgəsindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumatlara görə, terrorçular bununla bağlı bəyanat yayıblar. Bəyanatda Bağdadinin öldüyü bildirilib və "yeni xəlifə"nin adı açıqlanıb. Ancaq onun hansı şəraitdə öldüyü açıqlanmır.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyunun 16-da Bağdadinin öldürülməsi ilə bağlı xəbər yaymışdı.