21 İyul 2014 10:50
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakılı gənclər bulvarda çayın çox baha olmasına qeyri-adi şəkildə etiraz ediblər.

Alınan məlumata görə, Bulvarda "Termosuma toxunma" adlı flaşmob keçirilib.

Aksiyaçıların sözlərinə görə, şəhərin mərkəzi küçələrindəki kafelərdə çay içmək həddən artıq bahadı. Şəhərdə oturub çay içmək yemək yeməkdən baha başa gəlir. Xüsusilə bulvarda... Bir də istəmədiyimiz halda bizə gətirib mürəbbə, şirniyyat qoyurlar.

Bu məsələni qabartmaq məqsədilə gənclər ötən gün termosla Bakı bulvarındakı Mirvari kafesinin yanında topşalıblar. Elə küçədəcə çay dəstgahı quraraq hər kəsi çaya qonaq ediblər.

/milli.az/


Müəllif:

Oxşar xəbərlər