21 İyul 2014 11:49
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda çoxdan oturuşmuş ənənə var. Rusiya - Türkiyə yaxınlaşmasına imkan verən istənilən addım çox böyük qorxu doğurur. Qorxurlar ki, bəs, onlar erməni maraqlarının hesabına gerçəkləşdirilə bilər.

Ola bilər ki, bu, baş verəcək və buna görə Yaradana şükr olsun. Amma İrəvanda Moskva və Ankaranın yaxınlaşmasının, gələcəkdə Bakının da onlara qoşulmasının Qarabağ problemini sürətlə həll etməyə yardım edəcəyini qətiyyətlə inkar edirlər. Ermənistan hakimiyyəti yenə də hansısa yeni cəfəng fantastik ideyalar irəli sürür ki, guya bu Cənubi Qafqaz respublikası özünəməxsus şəkildə Gömrük İttifaqını və Avropa Birliyini birləşdirən körpü rolunu oynacaq. Və guya yalnız buna görə Ankara Moskva ilə yaxınlaşmağa cəhd edir ki, bu ehtimalı gücləndirsinlər.

Təbii ki, Avropa Birliyinin üzvlərindən heç birinin İrəvanda işlənən bu planlardan xəbəri yoxdur. Bu bir daha göstərir ki, Ermənistan Qarabağ probleminin həllini uzatmaq, hətta boğmaq üçün əlindən gələni edir. Halbuki, son günlərdə qərb ölkələrinin yüksək ranqlı diplomatları və Minsk qrupunun həmsədrləri "Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri azad edin" çağırışları ediblər. İrəvanda isə ümid edirlər ki, Qarabağ problemi bütün ittifaqların diqqətindən kənarda qalacaq.

Çətin ki, buna nail olsunlar. Strateji müttəfiqinin iddiaları artıq Rusiyanı da bezdirməyə başlayıb. Qazaxıstan artıq İrəvana az problem yaratmayıb, Belarus da öz kəskin sözünü deməlidir, Ankaranın reaksiyası isə hamıya məlumdur - Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır.

İşğal edilmiş Azərbaycan əraziləri Ermənistanın siyasi hakimiyyətin əlində qalan tək amildir. Aydındır ki, işğal edilməş rayonlardan yalnız biri belə Azərbaycana qaytarılarsa, qızmar payız belə gəlməmiş belə, onları bütün dövlət vəzifələrindən qovarlar. Axı onlar həmişə erməni xalqını aldadıblar və tarixdə heç zaman olmamış ikinci erməni dövlətinin yaradılması naminə məhrumiyyətlərə dözsünlər.

İrəvandakı müdriklər isə bildirir ki, əgər erməni siyasətçilərinin başına üçüncü erməni dövləti yaratmaq ideyası da girərsə, onda erməni xalqının nəsli kəsiləcək. Bir vaxt mamontların başına gələn kimi, onlar da təkamül nəticəsində həlak oldular. Xalq isə həmişə qabiliyyətsiz siyasətçilər üzündən zərər çəkir.

/ans press/


Müəllif: