21 İyul 2014 15:27
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, şikayət məhkəməyə göndərilib: “Prosesin vaxtı barədə yaxın günlərdə məlumat veriləcək” .

Vəkil Ş. Sultanovun mətbuat üçün açıqlama hazırladığını da söyləyib: “Şahin Sultanov mətbuat nümayəndələri üçün mühüm açıqlama hazırlayıb. Yaxın günlərdə onu təqdim edəcəyik .

Qeyd edək ki, iyulun 17-də Bakı Hərbi Məhkəməsi istintaq orqanının verdiyi təqdimata baxaraq Şahin Sultanov barəsində olan həbs müddətini 3 ay uzadıb. HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

/APA/


Müəllif: