21 İyul 2014 16:10
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon Kürdmaşı kəndində məktəb direktorunun şagirdə təcavüzünü rayon prokurorluğu araşdıracaq.


Bu barədə Axar.az-a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bu gün səhər saatlarında rayon icra başçısı Mirdaməd Sadıqov polis rəisi və rayon prokuroru ilə birgə Kürdmaşı kəndinə gələrək, sakinlərlə görüşüb və onların narahatlıqlarını dinləyib.

Kənd sakinlərinin qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun azyaşlı şagirdə təcavüz etməsi və onun cəzalandırılması tələblərini nəzərə alınıb və işin araşdırılması aidiyyəti üzrə İsmayıllı Rayon Prokurorluğuna həvalə edilib. İstintaqın obyektiv aparılacağı və ədalətli qərar çıxarılacağı barədə verilən vəd sakinləri razı salıb.


Müəllif: